22 
Fev
2021
02:00
93
28
2785
yuxarı
Mars mənzərələrinin fonunda necə şəkil çəkdirmək olar?
Amerika kosmik agentliyi NASA hər kəsi xüsusi bir virtual fotostenddə Mars mənzərələri fonunda şəkil çəkdirməyə dəvət edir.
Bu barədə fevralın 21-də qurumdan verilən məlumatda bildirilir.
“Artıq virtual foto kabinetində Mars mənzərələrinin fonunda şəkil çəkdirə bilərsiniz. Bunu etmək üçün sadəcə şəkli yükləməli və arxa fon seçməlisiniz. Sistem seçdiyiniz fotonu avtomatik olaraq planet mənzərəsinin fonunda yerləşdirəcək”, - deyə NASA-dan məlumat verilib.
Xatırladaq ki, bir neçə gün öncə “Perseverance” kosmik roveri Mars planetinin səthinə eniş edib. Cihaz ilk olaraq planetdən çəkdiyi rəngli fotoşəkilləri Yerə göndərib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
8 
Mar
2021
08:10
Türkiyəli qadın qəbirstanlıqda gül sataraq qızını “Oxford”da oxudur – VİDEO
730
23
3166
6 
Mar
2021
08:00
Yaşıl çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi - FOTO
205
10
3791