22 
Fev
2021
05:10
14
153
4016
Virtual karabakh

Pəncərədən tullandı: Küçədən keçən şəxsin üzərinə düşdü – VİDEO

22 Fev, 2021
05:10
4016

Pəncərədən tullandı: Küçədən keçən şəxsin üzərinə düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə qəribə hadisə baş verib.

“Haber Global”ın məlumatına görə, hadisə İstanbulun Kağızxana bölgəsinin Çağlayan məhəlləsində qeydə alınıb.

Məlumata görə, psixoloji problemləri olan Çingiz Yeniaras yerli bələdiyyə tərəfindən soyuq hava şəraiti səbəbindən gecələmək üçün hotelə yerləşdirilib.

Gecəni burada keçirən 57 yaşlı şəxs səhər saatlarında qaçmaq üçün qaldığı 1-ci mərtəbənin pəncərəsindən tullanıb və təsadüfən həmin vaxt pəncərənin altından  keçən 29 yaşlı Yusif İşgörənin üzərinə düşüb.

Ağlasığmaz hadisə küçədə quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Hadisə yerinə təcili yardım və polis maşınları göndərilib. Hər iki şəxs xəstəxanaya aparılaraq müayinə və müalicə olunduqdan sonra buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri