23 
Fev
2021
05:30
257
11
5510
yuxarı
Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it - FOTO/VİDEO
Canavarın başını qataraq sahibinin həyatını xilas edən iti ölümündən sonra “Mənim şəfqətli və zərif heyvanım” beynəlxalq mükafatına namizəd göstərmək istəyirlər.
Bu barədə 360 TV xəbər yayıb.
Bildirilir ki, hadisə Rusiyanın Komi vilayətində baş verib.
Bununla bağlı kadrlardan aydın olur ki, üç uşaq gizlənqaç oynayarkən, onlardan biri evdən kənarda qar topasının arxasında gizlənmək qərarına gəlir. Bu zaman ona tərəf bir canavar yaxınlaşır. Həmin vaxt cek-rassel-teryer cinsli it duyuq düşərək canavara tərəf atılır. O, vəhşi heyvanın diqqətini özünə yönəldir, 10 yaşlı uşaq isə bu vaxt evinə qaçaraq xilas olmağı bacarır.
Canavar iti dişinə alaraq meşədə gözdən itir. Sonradan sədaqətli heyvanın cəsədi yol kənarından tapılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
25 
Fev
2021
08:20
Boşadığı arvadına ev işlərini gördüyü üçün külli miqdarda təzminat ödəyəcək
192
48
3573
25 
Fev
2021
03:29
Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTO
99
397
4892