25 
Fev
2021
08:20
194
49
4192
Virtual karabakh

Boşadığı arvadına ev işlərini gördüyü üçün külli miqdarda təzminat ödəyəcək

25 Fev, 2021
08:20
4192

Boşadığı arvadına ev işlərini gördüyü üçün külli miqdarda təzminat ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli kişi evlilik müddətində ev işləri gördüyü üçün arvadına 50.000 yuan (təxminən 13 145 AZN) təzminat ödəməlidir. Çin məhkəməsi bu barədə hökm çıxarıb.

Bu barədə “Guardian” yazır.

Bildirilir ki, ölkədə bu yaxınlarda qüvvəyə minən qanuna əsasən şəxs uşaqların əsas qəyyumu olarsa, yaşlı valideynlərinə qulluq edərsə və ya ev işlərinin çox hissəsini öz üzərinə götürərsə, qarşı tərəfdən təzminat tələb edə bilər.

Məlumata görə,  2015-ci ildə evlənən cütlik üç il sonra ayrılıb. Keçən il Çen boşanma üçün müraciət edib, arvadı Von isə boşanmaya razılıq verməyib. Sonra qadın fikrini dəyişib və əmlak bölgüsü, həmçinin maddi təzminat tələb edib. O, oğluna tək baxdığını və ərinin ev işlərinə qarışmadığını bildirib. Beləliklə, Pekindəki məhkəmə, Çenin arvadına külli miqdarda məbləğ ödəməli olduğu barədə qərar verib.

Qeyd edək ki, Vona 50 000 yuandan əlavə, oğlunun qəyyumluğu verilib. Bundan başqa, əri ona ayda 2000 yuan (təxminən 525 AZN) məbləğ ödəməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri