27 
Fev
2021
08:20
193
22
3642
Virtual karabakh

Evsiz yeniyetmə bloqer videoları ilə məşhurlaşdı – VİDEO

27 Fev, 2021
08:20
3642

Evsiz yeniyetmə bloqer videoları ilə məşhurlaşdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“@randomhomelessguy2” ləqəbli evsiz yeniyetmə bloqer ucuz məhsullardan hazırladığı yeməkləri ilə məşhurlaşıb. İstifadəçilər ona maddi dəstək vermək istəsələr də, yeniyetmə imtina edir.

Bu barədə “The Daily Dot” xəbər yayıb.

Bildirilir ki, yeniyetmənin səhifəsində cəmi iki video var. Onlar ümumilikdə 20 milyon baxış toplayıb.

Birinci videoda yeniyetmə supermarketdən 15 dollara elektrik plitəsi almasını nümayiş edir. Bundan sonra bloqer qazan və tava alır. Orada ucuz sosis və makaron  bişirir. Suyu isə yaxınlıqdakı fəvvarədən götürür.

Şərhçilər həm yeniyetmənin kulinar bacarıqlarını, həm də cəmi bir neçə dollara başa gələn məhsullardan bütöv bir yemək hazırlamasını yüksək qiymətləndiriblər. Onların bəziləri yeniyetməyə maddi yarım göstərmək istəyərək, ondan ianə səhifəsi açmasını istəyiblər. Lakin “@randomhomelessguy2” imtina edib.

Lakin istifadəçilər arasında smartfona sahib olduğu üçün bloqerin səmimiliyini şübhə altına alanlar da olub. Videoların qəhrəmanı isə cib telefonuna mənzilləri əllərindən çıxmamışdan əvvəl sahib olduğunu deyib.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri