Mar
2021
08:40
8
290
8951
Virtual karabakh

Adi öpüş bir yaşlı uşağı ölümlə üz-üzə qoydu - FOTO

4 Mar, 2021
08:40
8951

Adi öpüş bir yaşlı uşağı ölümlə üz-üzə qoydu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adi öpüş bir yaşlı uşağın az qala ölümü ilə nəticələnəcəkdi. Dəhşətli hadisə İngiltərənin Nort-Yorkşir qraflığında baş verib.

Teddi adlı qızın hekayəsini “Teesside Live” portalı çatdırıb.

Bildirilir ki, fevral ayının əvvəlindən Zoi Piknett uşağında qeyri-adi simptomlar müşahidə etməyə başlayıb.

“Onun ovucları və ayaqları mavi və soyuq, bədəni isə isti və qırmızı idi”, - deyə qadın bildirir.

O, uşağın qripə yoluxduğuna düşünərək xəstəxanaya aparıb. Lakin xəstəxanada uşaqda hər şeyin qaydasında olduğu bildirilirb və evə göndərilib.

Bir neçə gün sonra uşaq yemək və içməyi dayandırıb, bütün günü yatıb, əzgin görünüb. Ana ailə həkiminə zəng edib, evə tibbi heyət göndərilib. Onlar da uşaqda hər şeyin qaydasında olduğunu deyiblər.

Ana onlara inanmayaraq, uşağını bir daha xəstəxanaya aparıb. Təfərrüatlı yoxlamadan sonra  uşaq dərhal palataya köçürülüb.

“Düşünürdüm ki, gecə uşağa antibiotik veriləcək və səhər düzələcək”, - deyə Piknett olanları xatırlayır.

Lakin həkimlər onun bədəninin sol tərəfinin iflic olduğunu, kompüter tomoqrafiyası isə qızda beyindaxili qanaxmanın olduğunu müəyyən edir.

Uşaq daha yaxşı təchiz olunmuş xəstəxanaya göndərilir, reanimasiyaya yerləşdirilir. Həkimlər onun insult keçirdiyini və danışma qabiliyyətini itirdiyini müəyyən ediblər.

Tibb işçilərinin sözlərinə görə cəmi bircə saat gec müdaxilə olsaydı, uşaq ölə bilərdi.

Teddi dörd həftədən artıqdır ki xəstəxanada qalır. O, yaxın günlərdə evinə buraxılacaq. Həkimlər onun tam sağalacağına ümid edirlər.

Məlum olub ki, insultun səbəbi herpes olub.

“Bütün bunlar dodağında soyuqdəyməsi olan birinin onu öpməsinə görə baş verib. Mən bunu düşmənimə belə arzulamaram”, - deyə Piknett etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri