Mar
2021
09:42
17
130
8648
Virtual karabakh

Dubayda ən ucuz ev neçəyədir?

4 Mar, 2021
09:42
8648

Dubayda ən ucuz ev neçəyədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərində ikinci əl ən ucuz mənzillərin qiyməti 115 min manat civarındadır.

Bu barədə “Emirates.Estate” daşınmaz əmlak portalı məlumat yayıb.

Məlumata görə, həmin mənzillərin sahəsi 32-40 kvadrat metr arasında dəyişir.

Əmirliklərdə ən ucuz mənzilləri Dubayın “Jumeirah Village Circle” və “Midtown by Deyaar” məhəllələrində almaq olar.

Tikilməkdə olan yeni binalardan mənzil almaq da ən sərfəli variantlardan biridir.

Penthauslara gəlincə, onların ən ucuzu hazırda “Barsha Hayts” məhəlləsində satılır. Bu ərazidə sahəsi 172 kvadrat metr olan mənzili 750 min manata almaq mümkündür.

Qeyd edək ki, Dubayda evlərin qiyməti həm də onların dənizə yaxınlığı ilə ölçülür. Sahilə təxminən 500 metr məsafədə olan kiçik sahəli mənzillərin qiyməti 330 min manatdan başlayır.  

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri