Mar
2021
07:10
111
10
4390
Virtual karabakh

“Tinker Bell” qadının 57 kq arıqlamasına səbəb oldu - FOTO

5 Mar, 2021
07:10
4390

“Tinker Bell” qadının 57 kq arıqlamasına səbəb oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Piylənmədən əziyyət çəkən qadın “Disneylend”ə utancverici səfərindən sonra 57 kq arıqlaya bilib.

Bu barədə “CheshireLive” xəbər yayıb.

Britaniyanın Uidnes şəhərinin 48 yaşlı sakini Şeron Sprusun əyləncə şəhərciyinə səfəri məyusluqla bitib: 130 kq çəkidə olan qadının yeriməkdən oynaqları ağrıyıb, artıq çəkisinə görə bəzi atraksionlardan istifadə edə bilməyib, səbr kasasının son damlası isə “Piter Pen” cizgi filminin pərisi “Tinker Bell”ə çəkdirdiyi şəkil olub. Özünü fotoda görən qadın arıqlamağın vaxtı olduğu qənaətinə gəlib. 

Sprus arıqlayanlar qrupuna yazılır, rasionunu dəyişir və məşqlərə başlayır.

“Çəkim çox yavaş-yavaş azalırdı, adətən həftəyə 0.5-1 kq. düşürdü, bəzən isə həftələrlə çəkim dəyişmirdi”, - deyə qadın ilk günlərini xatırlayır.

Sonradan o, fitneslə məşğul olmağa başlayır.

Amma sonda bütün səyləri nəticə verdi.

İki ilə, ümumilikdə 57 kq arıqlayan qadın “Disneylend”ə daha bir səfər planlaşdırır.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri