Mar
2021
03:28
64
139
3977
Virtual karabakh

Yaponiyalı “Rapunsel” 15 ildir saçlarını kəsmir – FOTO

9 Mar, 2021
03:28
3977

Yaponiyalı “Rapunsel” 15 ildir saçlarını kəsmir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokiada yaşayan Rin Kambe adlı xamın 15 ildir ki saçlarını kəsmir.

“HaberTürk”ün məlumatına görə, yaponiyalı “Rapunsel” kimi tanınan qadının saçlarının uzunluğu iki metrə çatır.

Model və rəqqasə olan Rin hələ 20 yaşında ikən buddizmi qəbul edib və sənətçi olmaq arzusuna düşüb. O zamandan bəri saçlarını uzadan xanımın indi 35 yaşı var.

Kambe hər gün saçlarına qulluq üçün bir neçə saat vaxt ayırdığını deyib. Səhər və axşam saçlarını dörd cür daraqla darıyan xanım xarici görünüşünün Asiya gözəlliyinin təcəssümü olmasından qürur duyduğunu bildirib.

Qeyd edək ki, dünyada ən uzun saçların sahibi 50 yaşlı Aşa Mandeladır. ABŞ-lı qadının saçının uzunluğu 16.7 metr, çəkisi isə 19 kq-dır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri