31 
Mar
2021
04:25
241
26
6754
Virtual karabakh

Buynuzlarının arası tor bağlayan antilop görənləri heyrətə gətirdi - FOTO

31 Mar, 2021
04:25
6754

Buynuzlarının arası tor bağlayan antilop görənləri heyrətə gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Buynuzlarının arası tor bağlayan antilop safari turistləri şoka salıb.

“Daily Mail”in məlumatına görə, bununla bağlı kadrlar Botsvanada Kalaxari Mərkəzi qoruğunda qeydə alınıb.

Antilopu ilk olaraq 39 yaşlı britaniyalı turist Cess İsden uzaqdan görüb. O, əvvəlcə heyvanın buynuzlarına zibil, yaxud plastik ilişdiyini düşünüb və bu barədə yoldaşlarını xəbərdar edib. Bundan narahat olan digər turistlər heyvanı “tələdən” qurtarmaq istəyiblər. Lakin ona yaxın gəldikdə buynuzdakının əslində qalın hörümçək toru olduğunu anlayıblar.

“Heyvanın buynuzdakının tor olduğunu gördükdə heyrətə düşdük. Aramızda Botsvanada 30 il yaşayan biri var. O, belə indiyə qədər bu cür hadisə ilə rastlaşmadığını etiraf etdi”, - deyə qadın vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri