31 
Mar
2021
01:43
143
27
3287
Virtual karabakh

Artıqçəkili meymun “arıqlama mərkəzinə” göndərilib – FOTO

31 Mar, 2021
01:43
3287

Artıqçəkili meymun “arıqlama mərkəzinə” göndərilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bankok bazarında yaşayan Qodzilla ləqəbli üç yaşlı makakaTaylandın ən kök meymunudur.

“The Sun” nəşrinin məlumatına görə, çəkisi 20 kq olan heyvan arıqlamaq üçün xüsusi “mərkəzə” göndərilib.

Bu yaxınlaradək əvvəlki sahibləri tərəfindən tərk edilmiş meymuna bazardakı piştaxtalardan birində çalışan Manop adlı xanım baxıb. Lakin o, yoldan keçənlərdən zərərli qidalar almağı vərdiş etmiş Qodzillanın iştahasını heç cür azalda bilməyib.

Belə olan təqdirdə, xanım meymunu xüsusi saxlama mərkəzinə təhvil verib. İndi Qodzilla yalnız cədvələ uyğun, özü də sağlam yeməklərlə qidalanır.

Qeyd edək ki, üç yaşlı makakanın normal çəkisi 8-10 kq olmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri