31 
Mar
2021
12:30
9
189
6435
Virtual karabakh

“Skopin manyakı” qurbanları ilə yenidən görüşmək üçün fəaliyyətə keçib - FOTO

31 Mar, 2021
12:30
6435

“Skopin manyakı” qurbanları ilə yenidən görüşmək üçün fəaliyyətə keçib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada “Skopin manyakı” kimi tanınan Viktor Moxovun qaçırdaraq bir neçə il zirzəmidə saxladığı Yekaterina Stepanova (qızlıq soyadı Martınova) onun tərəfindən hədələndiyini bildirib.

Bu barədə o, 360 TV-yə danışıb.

“Dəfələrlə mənimlə görüşmək istədiyini deyib. Bunun bir təhdid olduğuna inanıram. Üstəlik, mənə həbsxanadan məktub yazdı, çox güman ki, izlənirdim. O, sakitləşməyəcək. Çünki cəzasızlığını hiss edir”, - deyə “Skopin manyakı”nın keçmiş əsiri bildirib.

Stepanova RF İstintaq Komitəsindən onun dövlət müdafiəsinə verilməsini istəyib.

Qeyd edək ki, 2000-ci ildə, həmin vaxtlar 50 yaşında olan Moxov 14 yaşlı Yekaterina Martınovanı və 17 yaşlı Yelena Samoxinanı qaçırıb. Məktəbli qızlar növbəti 1296 günü seks köləsi olaraq manyakın əvvəlcədən öz qarajının altında qazdığı bunkerdə keçiriblər.

Pedofil itaətsizliyə görə əsirləri yemək, su və işıqdan məhrum edir, rezin şlanqla döyür, zirzəmiyə gözyaşardıcı qaz püskürdürdü. Məktəbli qızlardan biri Moxovdan iki dəfə uşaq dünyaya gətirib, hər iki halda cinayətkar uşağı onun əlindən alıb.

Qızlar xaricə bir kağız ötürməklə xilas olmağı bacarıblar.

“Skopin manyakı” bu cinayətinə görə 17 ilini keçirdiyi həbsxanadan mart ayının əvvəlində sərbəst buraxıldı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri