Apr
2021
06:50
131
38
4867
Virtual karabakh

“Curiosity” roveri Marsdan selfi göndərdi - FOTO

1 Apr, 2021
06:50
4867

“Curiosity” roveri Marsdan selfi göndərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Curiosity” rover Marsda “Mon-Merka” təpəsinin ətəyində NASA-nın Mars Elmi Laboratoriyasının komandasına yeni şəkillər göndərib. Şəkillərin birində roverin Mars panoraması fonunda görüntüsü əks olunub.

Bu barədə məlumat ABŞ Federal Departamentinin saytında yayımlanıb.

Alınan fotoşəkillər mütəxəssislərə planetin coğrafiyasını və qayalarını öyrənməyə kömək edəcək.

Bildirilir ki, panorama roverin manipulyatorunda yerləşən “MAHLI” kamerasından 60 fotodan və roverin üstündə təchiz olunmuş “Mastcam” kamerasından çəkilən 11 şəkildən ibarətdir.

Alimlər araşdırmanın planetin öyrənilməsində, o cümlədən Marsın səhra planetinə çevrilməsinin səbəblərini araşdırmağa kömək edəcəyi ümidindədirlər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri