Apr
2021
05:20
21
150
6482
Virtual karabakh

Qadın gördüyü kabusdan sonra divarın arxasında gizli qapı aşkarladı - VİDEO

7 Apr, 2021
05:20
6482

Qadın gördüyü kabusdan sonra divarın arxasında gizli qapı aşkarladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qorxulu yuxudan sonra ayılan qadın divarın arxasında  gizli qapı aşkarlayıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə “@hippieloumom” ləqəbli “TikTok” istifadəçisi kadrlar paylaşıb.

Görüntülər az müddət ərzində miloyonlarla baxış toplayıb.

“Tik-Tok” bloqeri Mirandanın sözlərinə görə, anası ona içərisində meyitlər olan gizli otaq barədə kabus gördüyünü danışıb.

“O, yuxuda görüb ki, bu divarın arxasında meyitlər var və lənət şeytana o, gizli otağı  tapıb”, - deyə qız şərh verib.

Videoda qadının divarı dağıtdığı və orada gizli qapını aşkarladığı görünür.

İstifadəçilər bu mənzərədən şoka düşüblər.

“Düşünmürəm ki, bu qapını ümumiyyətlə açmağa dəyər”, “Aman Allahım, Narniyaya girişə oxşayır”, “Bunu etməyin, qapı boş yerə bağlanmayıb”, - deyə istifadəçilər məsləhət veriblər.

Növbəti videoda Miranda qapının arxasında daha bir divar olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri