Apr
2021
09:12
87
20
4174
Virtual karabakh

İnamsızlıq kişini külli miqdarda uduşdan məhrum edəcəkdi

9 Apr, 2021
09:12
4174

İnamsızlıq kişini külli miqdarda uduşdan məhrum edəcəkdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Sidney  şəhərinin sakini qızının inamsızlığına görə az qala böyük miqdarda  uduşdan məhrum olacaqdı.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Kişi lotereyada 200 min Avstraliya dolları (təxminən 260 min manat) mükafat qazanıb. Oyun nümayəndələri avstraliyalıya müjdə vermək üçün zəng ediblər. Ancaq telefona qalibin qızı cavablandırıb. O, deyilənlərin gerçək olduğuna inanmayıb və dəstəyi asıb.

Qızın atası bunu eşidəndən sonra məlumatları yoxlamaq üçün dərhal yerli xəbər agentliyinə yollanıb. Orada həqiqətən də qalib olduğunu öyrəndikdə isə şoka düşüb.

Avstraliyalı pulu necə xərcləyəcəyi barədə bir neçə fikri olduğunu deyib.

“Onları ailəmlə bölüşəcəm, uşaqlarıma xərcləyəcəm. Bir neçə səfər etmək də istərdim”, - deyə kişi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri