14 
Apr
2021
02:18
217
26
5512
Virtual karabakh

Təcavüzdən qurtulmaq üçün özünü pəncərədən atan qızı polislər tutdu - VİDEO

14 Apr, 2021
02:18
5512

Təcavüzdən qurtulmaq üçün özünü pəncərədən atan qızı polislər tutdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Barnaul şəhərində təcavüzkarlardan xilas olmaq üçün özünü pəncərədən atan qızı polislər tutublar.

Bu barədə “Podyom” “Telegram” kanalı kadrlar yayıb.

Bildirilir ki, qurban binanın üçüncü mərtəbəsinin karnizindən sallanan halda görünüb. O, yoldan ötənlərdən yardım istəyib.

Hadisə yerinə ilk olaraq nəqliyyat polisinin əməkdaşları gəlib. Onlar özünü atmaması üçün qızı sakitləşdirməyə çalışıblar, ancaq o isterik vəziyyətdə olub.

Polislərin müdaxiləsi qızın yerə zərbəsini yumşaldıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın qaçdığı mənzildə isə iki kişi və bir qadın saxlanılıb. İlkin ehtimallara görə, onlar qızı zorla saxlayıblar.

Baş verənlərlə əlaqədar “Təcavüz” və “Seksual xarakterli zorakı hərəkətlər” maddəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri