16 
Apr
2021
07:20
33
102
9351
Virtual karabakh

Şübhə taksi sürücüsünü xəstəxanalıq etdi - VİDEO

Türkiyənin paytaxtında müştərisinin koronavirus xəstəsi olmasından şübhələnən taksi sürücüsü özünü xəstəxanalıq edib. Belə ki, o, üç gün boyunca mütəmadi olaraq əlinə və üzünə dezinfeksiyaedici vasitə sürtüb.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, COVID-19-a qarşı “tədbirdən” sonra onun üzündə qızartı yaranıb, qıcıqlanıb və şişib. Xəstəxanada kişiyə “təmas allergiyası” diaqnozu qoyulub və 14 günlük müalicə yazılıb.

Kişinin sözlərinə müştərisi dayanmadan öskürür və asqırırdı.

“Halı da pis idi. O  düşdükdən sonra dezinfeksiyaedici vasitəni götürüb əlimə və üzümə sürtdüm və bunu 3-4 gün davam etdim. Ancaq sonra üzüm qızardı və şişdi, gözlərim bağlandı. Dəhşət qaşınma var idi, elə bil öləcəkdim. Əllərim də qaşınırdı. 14 gün xəstəxanada yatdım. Dərman müalicəsi ilə şükür, sağaldım”.

Onun sözlərinə görə, ailəsi də, özü də öləcəyini düşünüb və bərk qorxub.

“İnsanlar dezinfeksiyaedici vasitələri  üzlərinə sürtməsinlər. Çünki zərərlidir və allergiya yarada bilər”, - deyə zərərçəkən xəbərdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri