16 
Apr
2021
15:12
163
62
4099
Virtual karabakh

Dünyada bir ilk: Yeməli koronavirus peyvəndi hazırlanır - FOTO/VİDEO

16 Apr, 2021
15:12
4099

Dünyada bir ilk: Yeməli koronavirus peyvəndi hazırlanır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Eksperimental Tibb İnstitutunun (İEM, Sankt-Peterburq) alimləri dünyanın ilk yeməli koronavirus peyvəndinin yaradılması üzərində işləyirlər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə institutun direktoru Aleksandr Dmitriyev bildirib.

Ryajenka (mayalanmış bişmiş süd) dadı verəcək mukozal vaksinin klinika öncəsi sınaqlarının bir il içində tamamlanması planlaşdırılır.

İdeya müəllifi Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov yeyilə bilən vaksinin əsas üstünlüyünün onun ucuz olması, hazırlanmasının sadə və sürətli başa gəlməsi, həmçinin dadlı olmasında göstərib.

O, bunun daha çox fermentləşdirilmiş bişmiş südə bənzədiyini deyib.

“Laboratoriya siçanları, siçovullar və dovşanlar bu fermenti məmnuniyyətlə istehlak edirlər. Eyni zamanda, əla bir immun reaksiya meydana gəlir və hələ heç bir yan təsir müşahidə edilməyib”, - deyə Suvorov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri