17 
Apr
2021
07:00
250
37
7362
Virtual karabakh

Soyuq içilsə xəstəni, isti halda isə COVID-19-u öldürən cövhər hazırlanıb - FOTO

17 Apr, 2021
07:00
7362

Soyuq içilsə xəstəni, isti halda isə COVID-19-u öldürən cövhər hazırlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanda həkimlər koronavirusu müalicə etmək üçün kəpənəkçiçək (akonit də deyirlər) cövhərindən istifadə edirlər.

24.kg portalının məlumatına görə, bu barədə respublikanın Səhiyyə və Sosial İnkişaf naziri Alımkadır Beyşenaliyev bəyan edib.

Kəpənəkçiçək - Mərkəzi Asiyada geniş yayılmış zəhərli bitkidir. Ondan çıxarılan akonit alkaloid birləşmələrin ən zəhərli maddələrindən biri hesab olunur. Cövhərin soyuq formada istifadəsi çox vaxt ölümlə nəticələnir.

Bununla belə, nazir onun düzgün istifadə edildiyi halda koronavirusa qarşı ən təsirli vasitə olduğunu bildirib. 

“Məhlulu özüm hazırlayıram. Sağlamlığa heç bir ziyanı yoxdur. İsti içməlisiniz, iki-üç gündən sonra müsbət PCR testi yox olur, insan dərhal özünü yaxşı hiss edir. Bəlğəmgətirici kimidir, üstəlik şəkər düşür. Hər bir cavabdeh həkim xəstəni izləyir, məhlulu isti halda içərkən yanında olur. Mən özüm də içirəm. Jurnalistlər gəlsə, içə bilərəm və zərərinin olmadığını göstərə bilərəm”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, keçən ilin payızında koronavirusun yayılmasının ikinci dalğası zamanı Qırğızıstan həkimləri pasiyentləri kəpənəkçiçəklə müalicə ediblər, lakin bu barədə danışmayıblar. O, cövhərin faydalarının artıq sübut olunduğuna əmin olduğunu ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri