20 
Apr
2021
02:15
31
185
5273
Virtual karabakh

Ölümünü simulyasiya edən məşhur bloqer bir il sonra həmin tarixdə vəfat etdi – VİDEO

20 Apr, 2021
02:15
5273

Ölümünü simulyasiya edən məşhur bloqer bir il sonra həmin tarixdə vəfat etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin aprelində ölümünü simulyasiya edən məşhur misirli bloqer Umm Ziyad bu oyunundan düz bir il sonra ölüb.

Bu barədə “Gulf News” xəbər yayıb.

Misirli qadın “YouTube” kanalında “Umm Ziyadın Gündəliyi” bloqunu aparıb. Onun hesabının 700 min üzvü olub. 2020-ci ilin aprelin 9-da o, ərinin və uşaqlarının gözü qarşısında “öldüyü”nü göstərən video yayımlamışdı. Qadının sözlərinə görə, bunu o, ailəsinin reaksiyasını görmək üçün edib.

Təsadüfə bax ki, düz bir il sonra elə həmin gün o, vəfat edib.

Bloqerin ölümü barədə qardaşı Hamdi məlumat verib. Onun sözlərinə görə, Ziyad su qızdırıcısında qaz sızması nəticəsində oksigen çatışmazlığından ölüb.

Ölümündən bir neçə gün əvvəl Umm Ziyad özünü pis hiss etdiyi barədə video yayımlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri