20 
Apr
2021
08:29
308
8
6860
Virtual karabakh

Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər - FOTO/VİDEO

20 Apr, 2021
08:29
6860

Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatında məhbuslar avtomobil yarmaq vərdişlərindən istifadə edərək  maşında bağlı qalan uşağı xilas ediblər.

Bu barədə “Unilad” xəbər yayıb.

Bildirilir ki, floridalı kişi təsadüfən bir yaşlı qızını maşının içində qoyub. O, ətrafdakılardan yardım istəyib. Avtomobilin ətrafına çoxlu insanlar toplaşıb.

Həmin vaxt bir qrup məhbus yolun təmiri ilə məşğul idilər. Səs-küy onların da diqqətini cəlb edir. Məhbusların başının üzərində duran şerif floridalı kişiyə öz yardımını təklif edir.

Uşağın anasının çəkdiyi  videoda  məhbus geyimində olan bir qrup insanın avtomobilin qapısını açdığı görünür.

“Bu insanlar vaxtilə səhv ediblər. Biz onları cəmiyyətə qaytarmaq üçün reabilitasiya etməyə çalışırıq. Onların bir çoxu öz təqsirlərini, səhv seçim etdiklərini bilirlər, amma həyatı yenidən yoluna qaytarmaq istəyirlər”, - deyə hüquq mühafizəçi bildirib.

Beləliklə məhbusların xüsusi bacarıqları sayəsində balaca qız sağ-salamat valideynlərinə qovuşub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri