21 
Apr
2021
07:40
98
20
6722
Virtual karabakh

Buxağı həyatını xilas etdi - VİDEO

21 Apr, 2021
07:40
6722

Buxağı həyatını xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Barnaul şəhərində taksi sürücüsü hücuma məruz qalıb, onun boğazı kəsilib. Lakin kişinin kök olması, daha doğrusu buxağı onun həyatını xilas edib.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, sərnişinlər səfər zamanı adekvat və şən olublar, yol boyu sürücü Mixail Tolstıx  ilə söhbət ediblər. Lakin yolun sonuna yaxın onlardan biri  sürücüyə hücum çəkib.

“Bıçağı boğazıma dirədi. Dedi ki, soyuğu hiss edirsən? Mən hətta boğazımın kəsildiyini anlamadım”, - deyə M.Tolstıx bildirib.

Əvvəlcə hadisə yerinə yol polisi gəlib, onlar ilkin tibbi yardım göstəriblər. Sonra təcili tibbi yardım briqadası gəlib.

“Həkimlər delilər ki, yaxşı ki köksən. Tikdilər və bitdi. İndi hər şey qaydasındadır. Təcili Tibbi yardımdakı qızlar sağ olsun”, - deyə Tolstıx bildirib.

Cinayətkarlar bir saat ərzində saxlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri