22 
Apr
2021
15:12
15
628
9239
Virtual karabakh

Rusiyada pensiyaçı kişi avtobusda azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər etdi - VİDEO

Avtobusda yaşlı kişi azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib.

“Vesti-Yaroslavl”ın məlumatına görə, Rusiyanın Yaroslavl şəhərində baş verən hadisə avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda kişinin yanında oturan məktəblini sıxışdıraraq, onun dizlərini sığallamağa başladığı görünür. Uşaq onun hərəkətindən qorxaraq yerini dəyişir.

Hadisə prokurorluq orqanlarının diqqətini cəlb edib. Pensiyaçının kimliyi artıq müəyyənləşib. Onun barəsində “14 yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlər” maddəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri