23 
Apr
2021
09:30
244
23
5837
Virtual karabakh

Marsda uğurlu addım: Oksigen əldə edildi - FOTO

23 Apr, 2021
09:30
5837

Marsda uğurlu addım: Oksigen əldə edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA-nın Marsdakı kəşfiyyat cihazı “Perseverance” “qırmızı planet”in atmosferindən aldığı karbondioksidi oksigenə çevirə bilib.

CNN xəbər verir ki, oksigen təminatını “Perseverance”ın sağ hissəsində yerləşən, MOXIE adlı cihaz həyata keçirib.

İlk olaraq bir kosmonavtın 10 dəqiqə nəfəs alması üçün bəs edəcək 5 qram oksigen istehsal olunub.

MOXIE mühəndisləri test və çalışmaları davam etdirərək oksigen əldə olunmasını artırmağı hədəfləyirlər.

Bu, Yerdən əhəmiyyətli dərəcədə oksigen daşımaq zərurətini aradan qaldıracaq.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri