24 
Apr
2021
06:33
15
307
10376
Virtual karabakh

Tərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEO

24 Apr, 2021
06:33
10376

Tərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə “MV Aman”ın heyətinə qatılan suriyalı Muhammed Ayşa Misirdə tərk edilmiş gəmidə tək başına keçirdiyi dörd ildən sonra evinə qayıdır.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, o, Süveyş kanalının girişində “kabus gəmidə” tək yaşamaq məcburiyyətində qalıb. Səbəb isə məhkəmənin onu bu gəminin qəyyumu təyin etməsi olub.

Əvvəllər dreyf halında olan gəminin sonunda saya oturması isə gəncə az da olsa təsəlli olub. Belə ki, o, hər gün üzərək sahilə  yollanıb,  yemək alıb və telefonunu şarj edə bilib. Ancaq evinə qayıtmağa icazə verilməyib.

Yük gəmisi xilasetmə vasitələrinin və sertifikasiyanın vaxtının keçməsi ilə əlaqədar 2017-ci ildə Misir hökuməti tərəfindən saxlanılıb. Bununla bağlı məhkəmədə Məhəmməd gəminin qanuni qəyyumu təyin edilib. Lakin gəncin sözlərinə görə, fərmanı məzmunu anlamadığı halda onu imzalayıb, nəticədə isə illərlə girov həyatını yaşamağa məcbur olub.

Gəmi hərracda satılana, yaxud Məhəmmədi kimsə əvəz etməyənə kimi o, qaldığı yeri tərk edə bilməzdi. Buna görə, onun pasportu əlindən alınmışdı.

“Uzun dörd ildir ki, mən qapalı dəmir həbsxanada həbsdəyəm. Bəzən gəmiriciləri görürəm, milçək, ağcaqanad və həşəratlar çoxdur. Gecə isə bura məzarlığı xatırladır, heç nə görünmür və eşidilmir”, - deyə dənizçi keçirdiyi hisslər barədə danışıb.

O, iki əvvəl anasının vəfat etdiyini deyib.

“Həmin vaxt intihar etməyi belə düşündüm. Bu lənətə gəlmiş gəmiyə görə anam bir də heç zaman məni görməyəcək. İstədiyim yeganə şey evimə qayıtmağımdır”, - deyə dənizçi əlavə edib.

Muhəmməd sonunda çarəni video yazaraq dünyaya səslənməkdə görüb. Onun görüntüləri az müddətdə sosial mediada böyük müzakirələrə səbəb oldu.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) onun azadlığa çıxması üçün kampaniyaya başladı. Bu səylər öz nəticəsini verdi və Muhammed azadlığına qovuşdu.

Qahirə aeroportunda mindiyi təyyarədən ismarıc atan gənc özünü rahatlanmış və xoşbəxt hiss etdiyini bildirib.

“Özümü necəmi hiss edirəm? Sonunda həbsxanadan çıxmış kimiyəm. Axır ki, ailəmə qovuşuram, onları yenidən görəcəyəm”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Muhammed baş köməkçi idi. O, işində yaxşı olduğunu və bir müddət sonra yenidən işinə qayıdaraq kapitan olmaq istədiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri