28 
Apr
2021
06:13
18
136
5496
Virtual karabakh

Vaksinasiya, yoxsa xəstəliyə yoluxmaq? Həkim nəticələri açıqladı

28 Apr, 2021
06:13
5496

Vaksinasiya, yoxsa xəstəliyə yoluxmaq? Həkim nəticələri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peyvənddən sonrakı yan reaksiyalar koronavirusa yoluxmadan sonrakı nəticələrlə müqayisə olunmaz dərəcədə azdır, vaksinasiyadan sonrakı fəsadlar və autizmlə əlaqəsi barədə arumentlər isə sadəcə mifdir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rusiya Dəmir Yolları - Tibb” Mərkəzi Klinik Xəstəxanasının direktoru Andrey Yavisya vaksinasiya və xəstəlik keçirməyin nəticələrini müqayisə edərkən deyib.

Onun sözlərinə görə, peyvənddən sonra yan təsirlər olduqca nadir haldır və bir neçə gün ərzində yox olur.

“İnsan zəiflik hiss edə, tempraturu yüksələ, iynə vurulan yerdə ağrı hiss edə bilər. Ancaq şübhəsiz ki, bu narahatlıqları xəstəliyin özü və onun nəticələri ilə müqayisə etmək olmaz”, - deyə o, bildirib.

Həkim vurğulayıb ki, peyvənd vurdurduqdan əvvəl və sonra 5-7 gün ərzində  ağır fiziki işlərdən, stress, hipotermiyadan (bədənin həddindən artıq soyuması) və  hipertermiyadan (bədənin həddindən artıq isinməsi) çəkinmək bu cür fəsadların riskini azaltmağa kömək edər.

“Bununla belə peyvənddən yoluxmaq mümkündür. Ancaq bu canlı peyvəndlərlə vaksinasiyada baş verə bilər və xəstəlik yüngül keçir”, - Yavisya açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri