30 
Apr
2021
04:00
170
39
4584
Virtual karabakh

Şahzadə Uilyam və Keyt Middlton evliliklərinin 10 illiyini maraqlı üsulla qeyd etdi - FOTO

Böyük Britaniyanın gələcək kralı şahzadə Uilyam və xanımı Keyt Middlton evliliklərinin 10 illiyini maraqlı üsulla qeyd ediblər. Belə ki, onlar nişanlandıqları müddətdə baş tutan romantik fotosessiyanı təkrarlayıblar.

Bu barədə “Karavan” xəbər yayıb.

Şəkillərdə duruş pozasından tutmuş, geyimlərinin eyni rəngdə olmasına kimi bənzərlik diqqətdən yayınmayıb. Bundan başqa Keytin barmağındakı vaxtı ilə şahzadə Dianaya aid olan ətrafı brilliantla bəzədilmiş sapfir üzük də xüsusi maraq yaradıb.

Qeyd edək ki, şahzadə Diana əri Çarlzdan boşandıqdan sonra hədiyyə olunan cəvahiratın əksəriyyətini, o cümlədən bu üzüyü saraya qaytarmışdı. O, faciəli şəkildə həlak olandan sonra isə anasından xatirə kimi üzüyü şahzadə Harri özünə götürdü. Ancaq qardaşı Uilyam evlənməyə hazırlaşarkən ona hədiyyə etdi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri