30 
Apr
2021
04:55
177
43
6538
Virtual karabakh

Arvadına cadu eləmək istədi, həyatını itirdi - FOTO

30 Apr, 2021
04:55
6538

Arvadına cadu eləmək istədi, həyatını itirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arvadını qaytarmaq üçün caduya əl atan kişiyə bu həyatı bahasına başa gəlib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, 33 yaşlı kişi arvadı ilə münasibətlərini maqiyanın köməyi ilə düzəltmək istəyib. Bunun üçün kiçik bir ayin keçirmək lazım idi: onların şəxsi əşyalarını əldən-ayaqdan uzaq yerdə basdırmaq. Yeri qazmaq üçün “okkultist” kişi tanışından kömək istəyir.

Onlar şəhərdən kənarda bir meşədə yeri qazarkən sözləri çəp gəlir. Belə ki, tanışı bildirib ki, bütün bu ayinlər boş işdir, arvadı isə heç bu işlərə layiq biri deyil. Bundan sonra onlar arasında dava başlayıb, kişi mistikaya inanan tanınışına  balta ilə başından və boğazından 4 zərbə endirir.

Okkultist yerindəcə keçinir. Bundan sonra tanışı onun üstünü kol-kosla örtüb qaçır.

Ancaq tezliklə cəsəb tapılıb, şübhəli isə saxlanılıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri