May
2021
23:00
484
21
8523
Virtual karabakh

İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi: Polislər tərəfindən xilas edildi - FOTO/VİDEO

6 May, 2021
23:00
8523

İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi: Polislər tərəfindən xilas edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində daha bir girov götürmə hadisəsi qeydə alınıb. Belə ki, Esenyurt bölgəsində səkkiz mərtəbəli binanın altıncı mərtəbəsindən bir kişi girov götürüldüyünü qışqırıb və yoldan keçənlərdən yardım istəyib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, hadisə yerinə dərhal polislər cəlb olunub.

Əməliyyat nəticəsində hüquq mühafizə orqanları mənzilin qapısını qıraraq içəri daxil olublar və Cemal A., Cengiz Han A. və Yeşim K. adlı şəxsləri saxlayıblar. Bağlı otaqda saxlanılan Mövlud U. isə polis tərəfindən xilas edilib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Xatirladaq ki, bir müddət əvvəl İstanbulda başqa bir girov götürmə hadisəsi yaşanmışdı. Belə ki, pakistanlı şəxs qaçırılaraq işgəncə edilib, bununla bağlı görüntülər isə ailəsinə göndərilərək fidyə istənilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri