May
2021
15:42
86
20
4399
Virtual karabakh

Napoleonun ölümünə səbəb parfüm sevgisi ola bilərdi - FOTO

Fransanın ikiqat imperatoru və dünya tarixinin ən məşhur hərbi liderlərindən biri olan Napoleon Bonapartın ölümünə səbəb onun parfüm sevgisi ola bilər.

“Daily Mail”in məlumatına görə, bu barədə İngiltərənin Lester Universitetinin biomedik alimi Pərviz Haris bəyan edib.

Rəsmi məlumatlarda imperatorun mədə xərçəngindən vəfat etdiyi bildirilir.

Alim əvvəlki araşdırmalara istinad edərək qeyd edib ki, çox miqdarda efir yağı endokrin sistemini məhv edir, bu isə şişlərin inkişafına səbəb ola bilər.

Mütəxəssis Napoleonun səhhətinin pisləşməsini böyük miqdarda istifadə etdiyi odekolonla əlaqələndirib.

O, həmçinin xatırldadıb ki, tədqiqatçılar imperatorun sağlığında kəsilmiş saçlarında çox miqdarda arsen (mışyak) aşkarlayıblar. Bununla belə, professor o dövrdə bir çox insanın arsen tərkibli kosmetikadan istifadə etdiyini, lakin bunun hamı üçün ölümlə nəticələnmədiyini vurğulayıb.

Mütəxəssis eyni zamanda bir dəfə imperatorun parfümü su ilə səhv salaraq təsadüfən üzünü və gözlərini onunla yuduğunu deyib.

Bundan əlavə, imperator odekolonu bütün xəstəliklərin dərmanı hesab edir, tez-tez onunla vanna qəbul edir və onu içirdi. Hətta yürüşlərə belə bir neçə butulka odekolon aparırdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri