29 
May
2021
18:16
44
499
10683
Virtual karabakh

Rusiyalı həkim yeni ölümcül pandemiya barədə xəbərdarlıq edib

29 May, 2021
18:16
10683

Rusiyalı həkim yeni ölümcül pandemiya barədə xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq çəki və piylənmə cəmiyyətdə o qədər artıb ki, ölümcül pandemiya xüsusiyyəti qazanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanlar koronavirus pandemiyasından daha çox artıq çəkinin nəticələrindən ölürlər.

Myasnikov piylənmənin bəşəriyyətin demək olar ki, yarısına (insanların 47 faizi) xas olduğunu və planetin hər onuncu sakininin bundan əziyyət çəkdiyini vurğulayıb.

Həkim bildirib ki, koronavirus pandemiyası ildə təxminən iki milyon insanı öldürürsə, piylənmə ilə əlaqəli xəstəliklərdən Yer üzündə on milyonlarla insan ölür.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri