İyn
2021
02:03
92
16
5655
Virtual karabakh

Həyatı seriallara mövzu olan şəxs 26 il sonra danışdı - FOTO

4 İyn, 2021
02:03
5655

Həyatı seriallara mövzu olan şəxs 26 il sonra danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatı bir çox populyar serialların mövzusu olan Ektor Luis Palma Salasar həbsxanada oladuğu 26 ildən sonra ilk dəfə susqunluğunu pozub.

“Haber Global”ın məlumatına görə, “Sinola” kartelinin yaradıcılarından biri olan narkobaron filmlərlə bağlı fikirlərini və gələcək planlarını açıqlayıb.

O, bu filmləri heç izləmədiyini deyib:

“Mənə bir az bu haqda danışanlar olub, amma marağımı çəkmir. Az da olsa mənə danışılanlardan belə anlayıram ki, seriallarda heç nə düz deyil. Tamamilə müəlliflərin xəyalının məhsulu və xəstə ruhlu insanların diqqətini çəkmək üçün hazırlanıb, mənimlə heç bir əlaqəsi yoxdur”, - deyə Salasar narazılığını bildirib.

Bununla belə, son illərdə narkotik maddələrdən istifadədən və ticarətindən qaynaqlanan şiddətə diqqətə çəkərək belə filmlərin pis fikir olmadığını vurğulayıb.

Azadlığına qovuşduqdan sonra nakotik qaçaqmalçılığına və intiqama  qayıdacağı iddialarına gəldikdə isə o, bunun yanlış fikirlər olduğunu, özünü ancaq ailəsinə və ona miras qalan torpaqlarda işləməyə həsr edəcəyini deyib.

Salasarın sözlərinə görə, hazırda dünyada ən çox istədiyi şey özü və ailəsi üçün rahatlıq və dinclikdir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri