İyn
2021
07:40
117
12
5353
Virtual karabakh

Co Baydendən daha bir kuryoz - VİDEO

4 İyn, 2021
07:40
5353

Co Baydendən daha bir kuryoz - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Co Bayden yenə çıxışı zamanı biabır olub.

Bu barədə “RİA Novosti” xəbər verib.

Məlumata görə, koronavirusla mübarizəyə və vaksinasiyaya həsr olunan çıxışında o, cari ilin yanvarından bəri “15 ay ərzində” koronavirusa yoluxanların sayının kəskin azaldığını deyib.

“Yanvarın 20-dən bu yana, yəni 15 ay ərzində gündəlik yoluxmaların sayı 184 mindən 19 minə düşüb”, - deyə o bildirib.

Ağ Ev çıxışın mətnini düzəlişlə paylaşıb və “15” rəqəmi əvəzinə “5” yazıb.

Xatırladaq ki, təqribən 10 gün əvvəl prezident canlı çıxışı zamanı vərəqləri qarışıq salmışdı, nəticədə onun nitqi rabitəsiz və kəsik-kəsik olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri