12 
İyn
2021
06:09
48
246
6106
Virtual karabakh

Müəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTO

12 İyn, 2021
06:09
6106

Müəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanlı müəllim saçlarını uzun saxladığı üçün həbs olunub.

Bununla bağlı “Vice” xəbər yayıb.

Həm də teatr aktyoru olan 28 yaşlı Abuzər Madhu polislər tərəfindən küçədə gündə üç dəfə yoxlanıldığını, amma buna qədər heç vaxt saxlanılmadığını bildirib.

Bir dəfə isə polis onu buraxmayıb. Zabitlər onun görünüşünün peşəsi ilə uyğun gəlmədiyini deyiblər.

“Siz özünüzü güzgüdə görmüsünüz? Uşaqlara bu görünüşdə necə dərs keçmək olar? Siz buna görə cəzalandırılacaqsınız”, - deyə onlar bildiriblər.

Polis məntəqəsində gəncin çantasından ancaq dərs kitabları olsa da Madhu gecəni  həbsxanada keçirməli olub.

Müəllim bu olanlara etiraz kimi saçlarının uzunluğunu saxlamaq niyyətində olduğunu bildirib.

“Gələcəkdə saçlarımı kəsdirməli olsam, bu ancaq mənim dəyişiklik istədiyim üçün olacaq. Heç bir zaman bunu qorxumdan etməyəcəyəm”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri