17 
İyn
2021
04:20
14
205
4129
Virtual karabakh

Uşaq ad günündə bir qutu kokain hədiyyə aldı - FOTO

Britaniyanın azyaşlı sakini ad günü üçün konstruktor əvəzinə narkotik maddə hədiyyə alıb.

Bu barədə “Daily Star” xəbər verib.

Məlumata görə, 28 yaşlarında olan Cek Cons və İssaka Rasmussen Niderlanddan Britaniyaya narkotik maddə daşımaqla məşğul olublar. Onlar bunun üçün özlərinə sxem də hazırlayıblar: konstruktor qutularına kokain qoyaraq poçt xidməti ilə ünvanlara yollayıblar.

Sxem gənclərdən birinin anası tərəfindən pozulub. Belə ki, qadının qonağı olan rəfiqəsi qonşusunun uşağının ad gününə gedəcəyini, amma hədiyyə almağa vaxtı olmadığını bildirib. Ana da evində olan “Lego Duplo”nu verməyi təklif edib.

Ad günü tədbirindən sonra uşaq konstruktoru yığmaq istəyərkən qutunun içində yanğınsöndürən maşın əvəzinə skotçla bağlanmış bağlamalar aşkarlayıb. Uşağın valideynləri dərhal polisə müraciət ediblər.

Kokain maqnatlarının evində axtarış zamanı 720 min funt sterlinq (1 724 540 manat) dəyərində narkotik maddə tapılıb.

Keçmiş dəniz piyadaları olan gənclər 10 və 16,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri