18 
İyn
2021
05:07
100
20
3961
Virtual karabakh

Metan buludu peyk vasitəsi ilə görüntüləndi - FOTO

18 İyn, 2021
05:07
3961

Metan buludu peyk vasitəsi ilə görüntüləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrikadakı kömür mədənləri ərazisində metan buludu peyk vasitəsi ilə görüntülənib.

“Bloomberg”in məlumatına görə, bu barədə Parisin “Kayrros SAS” analitik şirkəti xəbər verib.

Afrika ölkəsi üzərindəki qazın təhlükəsi eyni vaxtda saatda 95 kilometr sürətlə hərəkət edən 260 min avtomobilin tullantılarının həcmi ilə eyniləşdirilib.

Metan şleyfi dağ-mədən, kimya və yanacaq sənayesi ilə məşğul olan “Sasol” sənaye müəssisəsindən təqribən 125 kilometr şərqdə müşahidə edilib. Qaz buludu saatda 65 ton sürətlə hərəkət edib. Bu, 2021-ci ilin əvvəllərindən bəri Cənubi Afrikada zərərli tullantıların rekord göstəricisidir.

Qeyd edək ki, metan qazı qlobal istixana təsirinin əsas səbəblərindən biri hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri