19 
İyn
2021
05:40
40
81
7146
Virtual karabakh

Uşaqlıq məktubunu bəyə təqdim edən gəlin taleyüklü işarə ilə rastlaşıb - FOTO

19 İyn, 2021
05:40
7146

Uşaqlıq məktubunu bəyə təqdim edən gəlin taleyüklü işarə ilə rastlaşıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaqlıqda yazdığı məktubları toya bəy üçün təqdim edən gəlin, gözlənilmədən taleyüklü bir işarə ilə rastlaşıb.

“Honey” portalının məlumatına görə, bu barədə “@mrs_younks” ləqəbli  “TikTok” istifadəçisi özünün sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə ikən kilsəyə yollanan bəzi qızlar kimi o da xəyali gələcək ərinə sevgi məktubları yazıb.

“Yazmağa başladım... Ancaq yalnız iki məktubla kifayətləndim. Sonra onları dəftərimin arasına qoydum və bir daha çıxarmadım”, - deyə gəlin bundan sonra məktublar barədə unutduğunu bildirib. Gənc qadın illər sonra toya hazırlıq dövründə məktubları yenidən tapıb və bunu gələcək ərinə hədiyyə eləməyi qərar verib.

"Məktublardan birinə İncildən bir sətir yazmışdım: “Tanrı mərhəmətlidir, kədər günündə sığınacaqdır və Ona ümid bəsləyənləri tanıyır” (Nahum 1:7)”, - deyə qadın əlavə edib. O, məktubu təqdim etdikdən sonra bəyin qolunda da eyni ayənin döyməsi olduğunu görüb.

Üstəlik döymə qızın məktub yazdığı illərdə çəkilib, hansı ki, onların hər ikisi yeniyetmə idi və bir-birlərinin varlığından xəbərsiz idilər.

Gənc qadının bu paylaşımı maraqla qarşılanıb. Bəziləri bu təsadüfdən qorxsalar da, digərləri qismətin varlığına olan inamlarının daha da möhkəmləndiyini vurğulayıblar.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri