24 
İyn
2021
05:40
44
332
12328
Virtual karabakh

Qısqanc kişi insanların gözü qarşısında arvadını döyə-döyə öldürdü - VİDEO

24 İyn, 2021
05:40
12328

Qısqanc kişi insanların gözü qarşısında arvadını döyə-döyə öldürdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkda insanların gözü qarşısında dəhşətli hadisə baş verib. Belə ki, qısqanc kişi xəyanətdə ittiham etdiyi arvadını ölümcül döyüb.

“Daily Mail” qorxunc hadisə ilə bağlı kadrları paylaşıb.

Videoda adının Xulio Aponte olduğu bildirilən 63 yaşlı kişinin avtobus dayanacağında 49 yaşlı arvadı Mariya Kellini plastik tobaya bükülmüş linglə döydüyü və “Mənə xəyanət etməyə necə cürət etdin” , - deyə bağırmağı əks olunub.

Yoldan keçənlər isə ona yaxınlaşmağa qorxaraq uzaqdan qadını buraxması üçün yalvarırlar.

Kişi arvadını döydükdən sonra hadisə yerindən motosikllə uzaqlaşıb, ancaq bir müddət sonra hüquq mühafizəçiləri tərəfindən saxlanılıb.

İki uşaq anası olan qadın isə bir neçə gün sonra yerləşdirildiyi xəstəxanada keçinib.

Qətldə təqsirləndirilən Apponte həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri