15 
İyl
2021
08:40
15
129
6488
Virtual karabakh

Akvarium balıqları ABŞ-da ekosistemi məhv edib - VİDEO

15 İyl, 2021
08:40
6488

Akvarium balıqları ABŞ-da ekosistemi məhv edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızıl akvarium balıqları bütün ABŞ ekosistemini məhv edir. Onlar artıq Minneapolis göllərini cənglərinə keçiriblər.

Bu barədə ABC xəbər yayıb.

Bildirilir ki, buna səbəb onlara qulluq etməkdən bezən sahiblərinin balıqları akvariumdan gölə buraxmalarıdır.

Sürülər faunaya zərər verir, suyun keyfiyyətini azaldır və bitkiləri yeyir, nəticədə eko-tarazlığı pozan yosunlar yaranır.

Bundan əlavə, ev balıqları göl sakinləri üçün ölümcül xəstəliklər də daşıyır.

Təbii mühitlərində bu balıqlar nəhəng ölçülərə qədər böyüyürlər: Onların uzunluğu təxminən 50 santimetrə çatır və təxminən iki kiloqram ağırlığında olurlar.

Hökumət akvarium sahiblərinə müraciət edərək balıqlarını su anbarlarına buraxmağı dayandırmalarını xahiş ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri