28 
İyl
2021
21:43
158
33
9467
Virtual karabakh

Bakıda dörd dəfə medal qazanmış cüdoçu məşqçisi tərəfindən şillələnməsinin səbəbini dedi - FOTO/VİDEO

28 İyl, 2021
21:43
9467

Bakıda dörd dəfə medal qazanmış cüdoçu məşqçisi tərəfindən şillələnməsinin səbəbini dedi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Almaniyadan olan cüdoçu Martina Traydosun yarışdan əvvəl məşqçisi Klaudiu Pusa tərəfindən silkələnməsi və üzünün şillələnməsi ilə bağlı görüntülər böyük maraq doğurub.

“Eurosport”un məlumatına görə, kadrların birmənalı qarşılanmadığını görən idmançı məşqçisinin bu hərəkətini izah etməli olub.

“Bu, yarış öncəsi bir mərasimdir! Məşqçim yalnız istədiyimi edir, məni qızışdırır!”, – deyə Tridos “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, bu ritual Traydosa kömək etməyib. Belə ki, o, Macarıstandan olan rəqibi Sofi Özbaşla mübarizədə məğlub olub.

Onu da qeyd edək ki, Polşada doğulmuş Martina Traydos dörd dəfə Bakıda medal qazanıb: I Avropa Oyunlarında – qızıl (2015), “Böyük Dəbilqə”də – gümüş (2015) və bürünc (2013 və 2019)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri