30 
İyl
2021
04:02
94
12
6149
Virtual karabakh

Olimpiya Oyunlarında operatorun səhvi maraqlı görüntülərlə yadda qaldı - VİDEO

30 İyl, 2021
04:02
6149

Olimpiya Oyunlarında operatorun səhvi maraqlı görüntülərlə yadda qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio-2020 Yay Olimpiya Oyunları tarixinə daha bir maraqlı görüntü əlavə olunub. Belə ki, otüstü xokkey oyunu zamanı operator kameranı idmançılardan çevirərək iri planda tarakanı çəkməyə başlayıb.

“Lenta Dna” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Hadisə Argentina və İspaniyanın qadınlardan ibarət yığma komandaları arasında keçirilən oyun zamanı baş verib.

Görüntülərdən aydın olur ki, yayımın rejissoru həşərat səkidən tullanmağa qərar verdikdə sonra rakursu dəyişib. Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Qeyd edək ki, görüş 3:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.

Xatırladaq ki, bundan əvvəl Avstraliyalı məşqçinin öz yetirməsi olan üzgüçü Ariarna Titmusun qələbəsinə sevinməsi ilə bağlı video da sosial şəbəkələrdə böyük populyarlıq qazanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri