Avq
2021
06:29
384
26
6945
Virtual karabakh

Anasının arzusu üçün pul toplayan 12 yaşlı məktəbli sosial şəbəkədə məşhurlaşdı - VİDEO

5 Avq, 2021
06:29
6945

Anasının arzusu üçün pul toplayan 12 yaşlı məktəbli sosial şəbəkədə məşhurlaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anasına Baykal gölünə səyahət üçün pul yığmağa kömək edən məktəbli oğlan barədə video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Sahildə “Hawa Nagila” maşnısını ifa edən yeniyetmə barədə videonu şahidlərdən biri sosial şəbəkədə paylaşıb. Bundan sonra 12 yaşlı David Litovçenko məşhurlaşıb.

Qeyd edək ki, məktəbli həm klassikləri, həm də sovet mahnılarını ifa etməyi bacarır, hətta özü musiqi bəstələyir. O, kornet, truba və pianoda ifa edə bilir. O, üç dəfə “Delfiya Oyunları”nın medalçısı olub, 8 yaşında isə hətta “Mavi Quş” yarışmasının finalçısı seçilib.

Məlumata görə, toplanan pulla xoşbəxt ailə artıq Baykal gölündə dincəlir və laqeyd olmayan hər kəsə təşəkkürlərini çatdırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri