15 
Avq
2021
04:05
294
38
9360
Virtual karabakh

Altıncı sinif şagirdi SMS-in köməyi ilə ona təcavüz edən qatildən qaçdı - FOTO/VİDEO

15 Avq, 2021
04:05
9360

Altıncı sinif şagirdi SMS-in köməyi ilə ona təcavüz edən qatildən qaçdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 yaşlı məktəbli ona təcavüz edən və evində saxlayan 45 yaşlı qatildən SMS-in köməyi ilə xilas olub.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, qorxunc hadisə Rusiyanın İrkutsk vilayətində baş verib.

Qatil Konstantin Mozel əvvəlcə məktəblinin əmisini çəkiclə öldürüb. Onun cəsədini zirzəmidə gizlətdikdən sonra isə qızın 74 yaşlı nənəsini qətlə yetirib. Bundan sonra evə girərək köməksiz vəziyyətdə olan altıncı sinif şagirdini zorlayıb.

Qız bir gün əsirlikdən sonra təcavüzkarın fikrinin yayınmasından istifadə edərək rəfiqəsinə SMS yollaya bilib. O da öz növbəsində ismarıcı anasına, ardınca da polisə göstərib.

Mozel artıq saxlanılıb. O, bundan əvvəl qətl törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Hazırda qızla psixoloqlar işləyir. Onun anası valideyn hüquqlarından məhrumdur, məktəbli nənəsi tərəfindən böyüdülürdü.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri