21 
Avq
2021
07:20
182
25
4275
Virtual karabakh

Göbələklərin planet üçün universal bir xilas olduğu ortaya çıxdı - FOTO/VİDEO

21 Avq, 2021
07:20
4275

Göbələklərin planet üçün universal bir xilas olduğu ortaya çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Universal və tamamilə bioloji parçalana bilən material kimi göbələklər dünyanı qlobal istiləşmədən xilas etməyə və minerallara əsaslanan xammaldan imtina etməyə kömək edəcək.

Bu barədə “Deutsche Welle” xəbər yayıb.

Məlum olub ki, göbələklərdən ev tikmək, mebel yığmaq və ayaqqabı tikmək üçün istifadə edilə bilər.

Göbələk yetişdirmək xüsusi xərc tələb etmir - çox yer tutmur, demək olar ki, su tələb etmir, zibil və kənd təsərrüfatı yan məhsullarından qidalanır, eyni zamanda onları toksinlərdən təmizləyir. Miselyumdan (göbələk) demək olar ki, hər şeyi - ayaqqabıdan tabutlara, qablaşdırmadan dayanıqlı tikinti materiallarına qədər hər şey hazırlamaq mümkündür.

Hollandiyalı dizayner və tədqiqatçı Maurisio Montalti artıq 10 ildir miselyumla işləyir. O, 2018-ci ildə “Mogu” şirkətini qurub. Burada mebel və dayanıqlı səs udma piltələr də daxil olmaqla göbələk əsaslı məhsullar istehsal edilir. Montalti miselyumu qarğıdalı tullantılarında, düyü samanında, istifadə olunmuş qəhvə çöküntüsündə, dəniz yosunlarında və hətta molyusk çanaqlarında yetişdirir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri