27 
Avq
2021
06:00
395
20
12223
Virtual karabakh

Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?

27 Avq, 2021
06:00
12223

Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Smolensk vilayətində azaraq üç gün meşədə qalan azyaşlının valideynləri onun başına gələnlərdən danışıblar.

İki yaşlı qızın Kp.ru-ya müsahibə verən anası deyib ki, uşağı böyük bacısının yanında qoyub gedib, 10 dəqiqə sonra qayıdanda onu tapmayıb.

Avqustun 17-də itən uşağın tapılması üçün yüzlərlə insan cəlb olunub və o, 3 gün sonra, ayın 20-də tapılıb. Axşamlar tempraturun +10 dərəcə olduğu meşədə qızcığazın necə sağ qalmasına isə atası aydınlıq gətirib. O deyib ki, uşaq dünyaya gələndən qış aylarında bacısı ilə hovuzda üzüb:

“O fiziki cəhətdən güclüdür, cəsarətli və inadkardır. Həmişə axıra qədər getməyi xoşlayır. Çox güman ki, bu keyfiyyyətlərinə görə sağ qalıb”.

Sən demə meşədə qaldığı müddətdə o kiçik bir çayı da üzərək keçib.

Uşağın qorxmaması üçün onu yalnız qadınlar adı ilə səsləyib. Onun tapılması isə qəfil olub. Axtarış qrupu oturub dincələndə səs eşidiblər. Bu zaman qızlardan biri uşağı səsləyib və uşaq onlara cavab verib.

Körpənin üst-başı cızılmış olsa da, əhvalı şən olub. Uşağın anası deyib ki, körpəsi ondan ayrı qalmır. Eyni zamanda o qeyd edib ki, uşaqda heç bir psixoloji dəyişiklik yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri