12 
Sen
2021
06:49
19
218
4695
Virtual karabakh

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

12 Sen, 2021
06:49
4695

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. Bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib.

Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var.

“Qorxu, melanxoliya, təlaş və ya depressiya səbəbindən bədənin müdafiə qabiliyyəti azalır”, - deyən mütəxəssis bildirib.

Ekspertin sözlərinə görə, stasionara yerləşdirildikdən sonra əhval-ruhiyyəsi aşağı olan insanlar daha ciddi koqnitiv pozğunluq əlamətləri yaşamağa başlayırlar. Bu əsasən depressiya, müalicədən imtina, yaddaş itkisi, zaman və məkanda oriyentasiya, panik ataklar və nəzarətsiz qəzəb halları ilə özünü göstərir.

“COVID-19-da psixoloji fəsadlar bəzən o qədər geniş olur ki, xəstə öz intuisiyasına (əsasən də özünümüdafiə instinktinə) qarşı çıxa bilər. Belə hallarda insan özünə qapılır və müalicədən qəti şəkildə imtina edir”, - deyə həkim vurğulayıb.

Malinovskaya COVID-19-un insanın koqnitiv qabiliyyətlərinə təsirinin hələ tam öyrənilmədiyini bildirib.

“Bununla belə, aydındır ki, koronavirus xəstənin psixikasına güclü təsir göstərir və sağaldıqdan sonra uzun müddətli depressiyaya səbəb olur”, - deyə ekspert qeyd edib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri