16 
Sen
2021
15:02
148
26
3013
Virtual karabakh

Dünyada ilk dəfə kosmosa tamamilə mülki heyət yollandı - FOTO/VİDEO

16 Sen, 2021
15:02
3013

Dünyada ilk dəfə kosmosa tamamilə mülki heyət yollandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “SpaceX” şirkəti tamamilə mülki şəxslərdən ibarət olan heyəti kosmosa yollayıb.

Məlumata görə, heyətin olduğu “Crew Dragon” gəmisi “Falcon 9” raketi ilə Kanaveral burnundan (Florida, ABŞ) start götürüb.

Uçuşun təxminən üç gün davam edəcəyi gözlənilir.

Dünya kosmonavtika tarixində ilk dəfədir ki, kosmik heyətdə bir nəfər də olsun peşəkar kosmonavt yoxdur.

“Inspiration4” Missiyasına milyarder Cared Ayzekman, tədqiqatçı Sian Proktor, köməkçi həkim Heyli Arsenoks və ABŞ Hərbi Hava Qüvvələrinin (Hərbi Hava Qüvvələri) veteranı Kristofer Sembroski daxildir.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri