24 
Sen
2021
08:10
157
19
7995
Virtual karabakh

Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO

24 Sen, 2021
08:10
7995

Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da şiddətli quraqlıq 64 il əvvəl su altında qalan Rokport şəhərini üzə çıxarıb.

Görüntüləri Devon Dyui adlı gənc özünün “Twitter” hesabında paylaşıb.

On illər əvvəl su altında qalan şəhərin binalarının özülləri Yuta ştatında görünməyə başlayıb. Video müəllifinin sözlərinə görə, o, adətən su olan ərazidə köhnə evlərin təməlini və yolları görüb.

“Özüllər köhnə və çoxu yoxa çıxmış olsa da, hara baxacağınızı bilsəniz, onları aydın görə bilərsiniz”, - deyə o bildirib.

Qeyd edək ki, Veber vadisində, Tri-Mayl kanyonunun girişində yerləşən şəhər 1957-ci ildə “Uenşip” bəndinin inşası üçün batırılmışdı. Sakinlərin etirazına baxmayaraq, ABŞ hökuməti bütün vadini satın alaraq, orada “Rokport” Su Anbarı yaratmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri