28 
Sen
2021
04:00
16
237
5986
yuxarı
İldırım vuran təyyarədə qorxu dolu anlar - VİDEO
28 Sen, 2021
04:00
5986
16
237
İldırım vuran təyyarədə qorxu dolu anlar - VİDEO
Rusiyanın “Azur Air” aivaşirkətinin Yekaterinburq-Soçi reysi ilə hərəkət edən təyyarəsini ildırım vurub.
Məlumata görə, hadisə əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarə Krasnodarda fövqəladə enişə hazırlaşarkən baş verib. Təyyarə ikinci dövrəyə keçəndə onu ildırım vurub. Nəticədə hava gəmisi sürətlə enməyə başlayıb, əşyalar salonda uçuşub, insanlar artıq qəza anının yaxınlaşdığını düşünüblər.
Sosial şəbəkələrdə həmin qorxulu anlarla bağlı kadrlar paylaşılıb.
Lakin hər şey ötüşüb: təyyarə təzədən sürət yığıb və uğurlu eniş edə bilib.
Hadisə nəticəsində heç kim zərər çəkməyib. 175 sərnişin Soçiyə avtobusla yola salınıb.
Mənbə: “Mach” “Telegram” kanalı
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək