26 
Okt
2021
02:30
16
114
2861
Virtual karabakh

Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı

26 Okt, 2021
02:30
2861

Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öskürək, viruslu bronxit və haymorit zamanı antibiotiklər əks göstərişdir.

Bu dərmanlar nəzarətsiz alındıqda təsir göstərmir.

Bu barədə məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

“Boğazınız ağrıyır – sizə antibiotik olmaz, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur. Sadəcə gözləyin, öskürək əleyhinə dərmanlar qəbul edin. Baxın, bəlkə də infeksion (bronxit) deyil, çünki əksər hallarda  infeksion olmur”, - deyə Myasnikov bildirib.

Həkim antibiotiklərin haymorit zamanı da əks göstəriş olduğunu vurğuladı.

“Streptokok angina zamanı temperaturunuz 40 dərəcədən yuxarı olarsa ürək xəstəliklərinin profilaktikası üçün, cinsi infeksiyalar zamanı, yaxud sizdə sətəlcəm olub (və ya var) və siz evdə müalicə alırsınızsa, xəstəxanadan kənarda antibiotik qəbul edə bilərsiniz”, - deyə həkim bildirib.

Myasnikov antibiotiklərin bronxitin ilkin müalicəsi üçün uyğun olmadığını vurğulayıb.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri